Modern.az

“Sevil Massivi” MTK-nın işi üzrə növbəti məhkəmə keçirilib

“Sevil Massivi” MTK-nın işi üzrə növbəti məhkəmə keçirilib

7 Oktyabr 2016, 13:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Modern.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə ifadə verən 51 nəfər zərərçəkmişdən 31 nəfəri dəymiş ziyanın ödənilmədiyini bildirib. Cinayət işi ilə bağlı 700 nəfərin dindirilməsi gözlənilir.

 

Proses oktyabrın 14-də davam etdiriləcək.

 

Baş Prokurorluğun 2015-ci ilin iyulunda yaydığı məlumata görə, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi