Modern.az

Fransa-Azərbaycan Universiteti bu ünvanda yerləşəcək

Fransa-Azərbaycan Universiteti bu ünvanda yerləşəcək

Aktual

7 Oktyabr 2016, 15:41

Fransa-Azərbaycan Universiteti (UFAZ) növbəti tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-cü tədris korpusuna köçürüləcək.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ADNSU-nun rektoru Mustafa Babanlı deyib. 

Eyni zamanda UFAZ-a rəhbərlik edən M.Babanlı bildirib ki, ADNSU-nun Nizami 183 ünvanında yerləşən üçüncü korpusu həmin universitet üçün ayrılıb:

 

“Hazırda binanın təmiri Təhsil Nazirliyinin ümumi nəzarəti altında dövlət səviyyəsində həyata keçirilir. Növbəti tədris ili üçün binanın istifadəyə verilməsi nəzərdə tutulub”.

 

O əlavə edib ki, UFAZ-ın ADNSU-nun əsas korpusundakı indiki binasında isə I kursa qəbul edilən ingilis dili üzrə 320 tələbə təhsilini davam etdirəcək:

“Yəni, ADNSU-nun ingilis dili bloku həmin korpusa yerləşdiriləcək”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır