Modern.az

İlin SUV Avtomobili Nissan Salonlarında - Foto

İlin SUV Avtomobili Nissan Salonlarında - Foto

7 Oktyabr 2016, 15:15

Yeni Nissan Patrol əvvəlki tək, güclü və rəqabətdə güzəştə getməyən avtomobil olaraq qalır. Silindrləri “V” formasında yerləşərək, 6 silindrli mühərrik qazbölüşdürmə fazalarının və klapanların açılma dərəcəsinin tənzimlənməsi sistemi (VVEL) və birbaşa yanacaqpüskürmə sistemi (DIG) ilə təchiz olunub. Məhz, bu sistemin sayəsində Patrol yanacaq sərfiyyatı baxımından çox qənaətcildir.

O, öz sinfində ən güclü mühərrikə, yüksək komfort səviyyəsinə, optimal şəkildə uzlaşdırılmış yüksək texnologiyalı sistemlərə malikdir və bu avtomobilin idarə olunması sürücüyə böyük zövq verir. Nissan Patrol əvvəlki kimi öz sinfində ən geniş avtomobildir. İkinci cərgədə oturan sərnişinlərin ayaqları üçün məkan 100 mm artırılıb, üçüncü cərgə də genişlənib. Mühərrik 7 pilləli avtomat transmissiya ilə tandemdə işləyir. Bu transmissiyanın sayəsində avtomobil mühərrikin fırlanma anını rəqib avtomobillərə nisbətən daha sürətlə və effektiv şəkildə təkərlərə ötürür. Yeni Patrol-da dünyada ilk dəfə kuzovun yırğalanmasını məhdudlaşdıran hidravlik sistem (HBMC) quraşdırılmışdır. Bu sistem Nissan tərəfindən hazırlanıb. O, kuzovun horizontal vəziyyətini mühafizə edir və hərəkət zolağı dəyişdirilən zaman və ya döngələrdə onun kənara yırğalanmasını azaldır.

 

Bu sistem şəhər şəraitində avtomobilin komfortlu hərəkətini, nahamar və ya qumlu yerlərdə dayanıqlığını təmin edir. Dörd təkərin hamısı üçün yeni müstəqil asqı Nissan Patrol-un daha bir mühüm elementidir. HBMC intellektual sistemi ilə yeni asqının kombinasiyası normal və yol şəraitinin pis olduğu yerlərdə avtomobilin rahat idarə olunmasını təmin edir. Bundan əlavə, yeni Nissan Patrol tam ötürücülü ALL MODE 4x4 sistemi ilə təchiz olunub, bu sistemin sayəsində sürücü bir hərəkətlə “qum”, “yolsuzluq”, “qar” və “daşlı” rejimlərini seçmək imkanına malikdir. Yeni Nissan Patrol altı təhlükəsizlik yastığı, habelə, tamamilə yenilənmiş klimat-kontrolla (“hava pərdəsi” funksiyası ilə) təchiz olunub. Yan pəncərələrin üzərində quraşdırılmış kiçik “hava yolları” güclü hava axını yarada bilir. Bunun nəticəsində “hava pərdəsi” yaranır, Bu “pərdə” isti havanın salona daxil olmasına imkan verməyən maneə rolunu oynayır. Əlavə edək ki, bu isti iqlimli ölkələr üçün önəmli və faydalı funksiyadır. Yeni V6 4.0L Mühərrikli Nissan Patrol modelini Sizə yaxın Nissan Salonlarına yaxınlaşıb ətraflı məlumat əldə edə bilərsiniz.

 

“NURGÜN Motors” MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında Nissan konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 2 (Babək pr.31, Salamzdə küç.2) ünvanda, həmçinin Gəncə şəhərində salonu fəaliyyət göstərir.“Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

 

Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2,

Telefonlar: (+994 12) 448 38 38, 430 90 90,

Faks: (+994 12) 447 46 87

Telefon Mərkəzi: (012) 934

E-mail: [email protected] Rəsmi sayt: www.nissan.az Facebook: www.facebook.com/nissanazerbaijan Instagram: nissanazerbaycan

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır