Modern.az

Qarabağlı deputatdan Elçin Əlibəyliyə sərt təpki: "Bəlkə ermənilər onun yadına düşüb?"

Qarabağlı deputatdan Elçin Əlibəyliyə sərt təpki: "Bəlkə ermənilər onun yadına düşüb?"

18 Fevral 2011, 14:03

ATV telekanalındakı “El içində” verilişinin keçmiş aparıcısı Elçin Əlibəylinin həmkarı Nanə Ağamalıyevanın "Dalğa" restoranındakı ad günündə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i erməni dilində zümzümə etməsi gündəmi məşğul edən mövzuya çevrilib. Onun özü də mətbuata etiraf edib ki, mahnının bir bəndini ermənicə ifa edib.
Özünü vətənpərvər, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə dəyər verən şəxs kimi tanıdan bu telejurnalist  bir müddət öncə “El içində” verilişdə Müəllif Huquqları Agentliyini “Sarı gəlin”in Azərbaycan mahnısı kimi tanınması istiqamətində yetərli iş görməməkdə ittiham etmişdi. 

E.Əlibəylinin o ittihamı hara, onun indiki hərəkəti - “Sarı gəlin”i erməni dilində ifa etməsi- hara…

Elçin Əlibəyli bildirib ki, “Sarı gəlin”i  erməni dilində ifa etməsinin səbəbi yeni proyekt hazırlamasıdır..?

Məsələyə münasibət bildirən Qarabağdan olan millət vəkili Flora Qasımova Modern.az-a açıqlamasında bildirib ki, Elçin Əlibəyli  apardığı verlişlərdə özünü daim vətənpərvər insan kimi təqdim edirdi: “Mən heç gözləmirdim ki, o bu çür hərəkət etsin. Xarici haşiyələrdə ermənilər “Sarı gəlin”i ifa edəndə bizin onlara qarşı reaksiyamız sərt olur. Mən bunu Elçin Əlibəyliyə heç yaraşdırmadım”.

F.Qasımova daha sonar deyib: “Əslən Qərbi Azərbaycandan olasan, ermənilər səni dədə-baba yurdundan qovsun və gələsən burada erməni dilində mahnı ifa edəsən. Elçin niyə “Sarı gəlin”i erməni dilində oxuyub,  ermənilər yadına düşüb? Mənim bu məsələyə münasibətim çox pisdi. Fevralın 26-da Xocalı soyqırımının ildönümüdür. Əsrin ən böyük faciəsini yaşamış xalqın nümayəndəsi, özü də jurnalist olasan, TV-də işləyəsən, neçə verlişin müəllifi olasan, belə hərəkət edəsən.  Heç yaraşdırmadım”. 

Müəllif Hüquqları Agentliyinin huquq şöbəsinin müdiri Xudayat Həsənli Modern.az-a bildirib ki, əsas məsələ “Sarı gəlin” mahnısını hansı dildə oxunması deyil, onun hansı xalqa məxsus mahnı kimi ifa olunmasıdır. “Azərbaycan folklor nümünəsindən istifadə azaddır. Bir şərtlə ki, ifa edən şəxs bu folklor nümunəsinin hansı xalqa məxsus olduğunu desin və mahnın sözləri təhrif olunmasın. Elçin Əlibəyli bunu hansı pirinsip əsasında ifa edib, onu deyə bilmərəm. Əgər Elçin bu mahnını ifa edərkən onun Azərbaycan xalqına məxsus olduğunu deməyibsə, böyük qəbahət edib”.

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir