Modern.az

Baş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb

Baş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb

Media

18 Fevral 2011, 14:47

“Yeni qəzet”in baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən olan hədə-qorxu zəngləri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Müraciətlə bağlı baş redaktor  DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Baş redaktor saytımıza açıqlamasında bildirib ki, əvvəlcə ona DİN-in və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi zəng edərək məsələnin tezliklə həll olunacağını, narahatçılığa əsas olmadığını və müraciətin nazirin nəzarətində olduğunu bilidiriblər.
"Sonra məni DİN  BMCMİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov qəbul etdi. İnanıram ki, məsələ yaxın günlərdə həllini tapacaq və günahkar şəxslər öz layiqli cəzasını alacaq.

Kamran Məhərrəmli sonda onu da bildirib ki, əhali  arasında “Bandotdel” kimi pis imiclə tanınan BMCMİ-nin rəhbərliyi, şəxsən general Mirqafar Seyidov tərəfindən yüksək insani münasibət, mətbuata sayğı görüb. 

Modern.az   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi