Modern.az

Deputat Çingiz Qənizadə də İsgəndər Həmidovun əleyhinə danışdı

Deputat Çingiz Qənizadə də İsgəndər Həmidovun əleyhinə danışdı

18 Fevral 2011, 14:59

Milli Məclisin deputatı Qalib Salahzadənin (Hacı Qalib) keçmiş daxili işlər naziri İsgəndər Həmidovu ittiham etməsi ilə bağlı  bəyanatı rezonans doğurub.

 

Q.Salahzadə vurğulayıb ki, onu 1992-ci ildə İ.Həmidov qanunsuz həbs etdirib: «Bakı şəhər prokuroru olmuş Cingiz Qənizadənin kabinetində Həmidov mənə ağır işgəncələrin verilməsi barədə göstəriş verib. Həbsdə olanda Çingiz Qənizadə Bayıla gəlib mənimlə görüşdü. 2 saat mənimlə söhbət etdi və İsgəndər Həmidovun sifarişilə həbs edildiyimi bildirdi».

 

İ.Həmidov isə Modern.az-a açıqlamasında bildirib ki, 1992-ci ildə Qalib Salahzadəni o zaman Bakı şəhər prokuroru vəzifəsində çalışan Çingiz Qənizadə həbs erdirib: “Hacı Qalibi mən yox, Çingiz Qənizadə tutdurub. Mən daxili işlər naziri olaraq kimisə tutdurmaq üçün sanksiya verə bilməzdim. Əgər xatırlayırsızsa, o zaman birbaşa sanksiyaları prokurorluq verirdi».

 

 

Keçmiş nazirin bu açıqlaması ilə bağlı Çingiz Qənizadə də münasibətini ortaya qoyub.

«Mən inanıram ki, İsgəndər Həmidov o sözləri deyib. Çünki o, nə istəsən deyir. Üzdə başqa şey, arxada başqa şey demək İsgəndərin xasiyyətidir. O ki qaldı bu işə, DİN onların həbsini istəmişdi və həbs olunmuşdular. İstintaq getdi və aydın oldu ki, Qalib Salahzadənin heç bir günahı yoxdur və azad oldu». Ç.Qənizadə bildirib ki, Q.Salahzadə həbs olunan zaman yanına da gedib və özü şəxsən bu işlə maraqlanıb: «Buna görə də İsgəndər Həmidovun dedikləri mənasızdır”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi