Modern.az

Qəbələdə evlənməyə hazırlaşan hərbçi qəzada ölüb

Qəbələdə evlənməyə hazırlaşan hərbçi qəzada ölüb

9 Oktyabr 2016, 11:00

Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.



Modern.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə Qəbələ rayonunun Zarağan kəndi ərazisində qeydə alınıb.



Qəbələ rayon sakini 1995-ci il təvəllüdlü Süleymanov Səbuhi Səxavət oğlu idarə etdiyi 36-BB-211 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Göyçay rayonu Bığır kənd sakini 1995-ci il təvəllüdlü Xəlilov Elşən Şəfəq oğlunu vurub.



Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişən Elşən Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) olub. O, hərbi hissədən işdən çıxıb evə gedərkən avtomobil qəzasının qurbanı olub. Məlumata görə özünün toy mərasiminə hazırlaşan Elşən Xəlilov ötən həftə ailə quracağı qızla nişanlanıb.


Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi