Modern.az

Tanınmış jurnalist Elçin Zahiroğlu yeni sayt açır

Tanınmış jurnalist Elçin Zahiroğlu yeni sayt açır

Aktual

10 Oktyabr 2016, 10:25

Dörd il Aznews.az saytına rəhbərlik etmiş tanınmış jurnalist Elçın Zahiroğlunun yeni saytı yaxın günlərdə fəaliyyətə başlayacaq.

 

Məlumatı Modern.az-a açıqlamasında Elçin Zahiroğlu təsdiqləyib. Saytın adına gəlincə, baş redaktor deyib ki, çox yaxın zamanlarda hər kəs bunu biləcək.

 

“Ona görə də bəribaşdan məlumat vermək istəməzdim. Sadəcə onu deyə bilərəm ki, yalnız adımız böyük rezonans doğuracaq”.

 

Saytın maliyyə mənbəyinə gəlincə, o deyib ki, bununla bağlı da geniş açıqlama vermək istəmir.

Elçin Zahiroğlu bununla belə, etiraf edib ki, hər bir sayt hansısa mənbədən maliyyələşir.

 

Qeyd edək ki, Elçin Zahiroğlu bir müddət əvvəl Aznews.az saytının baş redaktorluğundan istefa vermişdi.

 

Elçin Zahiroğlu 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrın 7-nə qədər bu saytın baş redaktoru olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü