Modern.az

İcbari Tibbi Sığortanın tətbiqi müzakirə olunub

İcbari Tibbi Sığortanın tətbiqi müzakirə olunub

10 Oktyabr 2016, 13:29

Oktyabrın 10-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Yevlax rayonunda İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova bildirib ki, İTS-in pilot layihəsinin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.

 

İTSDA direktoru Zaur Əliyev qeyd edib ki, 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir:

“Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Çünki İcbari Tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək”.

 

Zaur Əliyev bildirib ki, Agentlik İcbari Tibbi Sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

 

Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə  həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir: “Ümid edirik ki, layihə bu rayondan uğurla başlayacaq və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq”.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir