Modern.az

Evi yarılan jurnalist: “Bir-iki şübhəli şəxs gözə dəyib”

Evi yarılan jurnalist: “Bir-iki şübhəli şəxs gözə dəyib”

10 Oktyabr 2016, 15:49

“Açığını deyim ki, şəxsi ədavətim və düşmənçilyim olan heç bir şəxs yoxdur”.

Bunu Modern.az-a açıqlamasında evi yarılan journalist, AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri Aydın Piriyevdeyib.

O bildirib ki, yaşadığı evin yan-yörəsində bir neçə şübhəli şəxslər artıq gözə dəyib:

“Bir-iki nəfər evin yan yörəsində şübhəli şəxs olaraq gözə dəyib. Amma o adamları mən şəxsən özüm tanımıram”.

Oğurluq zamanı dəyən maddi ziyana gəlincə isə Aydın Piriyev söyləyib ki, aparılan əşyaların qiyməti hələ dəqiq hesablanmayıb.

Zərərçəkmiş jurnalist oğurluq zamanı evdə heç kimin olmadığını bildirib:

“Oğruluq olan zaman evdə heç kəs olmayıb. Polis artıq işlə məşğul olur. İstintaq yenicə başlayıb, özüm də polisə dəvət olunacam. Müstəntiqlə görüşmək lazımdır”.


Xatırladaq ki, dünən gecə saat 00:12 radələrində AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri Aydın Piriyevin Yasamal rayonunda yerləşən evi naməlum şəxslər qarət edilib.

“Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.

Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar.

Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!