Modern.az

MSK sabah referendumun nəticələrini elan edəcək

MSK sabah referendumun nəticələrini elan edəcək

10 Oktyabr 2016, 16:15

 

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun yekun nəticələri sabah  açıqlanacaq.

 

Modern.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) sabah, 11 oktaybrda  keçirəcəyi iclasda  referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.

 

Azərbaycan Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu prosedur səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə yekunlaşmalıdır.

 

Qeyd edək ki, ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub.

 

Xatırladaq ki, referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri, ümumilikdə 69,7 faizi iştirak edib.

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu