Modern.az

Prezident təqaüdünün məbləği artırıldı

Prezident təqaüdünün məbləği artırıldı

11 Oktyabr 2016, 18:49

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilsin.

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanının 2-ci hissəsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı