Modern.az

Musavat və Milli Şuradan yeni mitinq ANONSU

Musavat və Milli Şuradan yeni mitinq ANONSU

13 Oktyabr 2016, 16:20

Son zamanlar Müsavat və Milli Şuranın yeni mitinq planları barədə məlumatlar yayılıb.

 

Bəs bu mitinqlər nə zaman keçiriləcək?

 

Bununla bağlı Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Modern.az saytına  açıqlama veriblər.

 

Müsavat partiyası İcra aparatının rəhbəri Gülağa Aslanlı mitinq keçirmək fikirlərinin olduğunu təsdiqləyib.

“Amma mitinqlərin vaxtı bu yaxınlarda və ya noyabrda olacağı hələ dəqiq bilinmir. Çünki bizim müəyyən tədbirlərimiz var onları reallaşdırandan sonra mitinqlərin vaxtı barədə qərar verəcəyik”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı isə Milli Şuranın mitinq keçirmək üçün vaxta ehtiyaclarının olduğnu deyib. 

 

“Hazırda mitinq keçirmək  gündəmdədir. Amma onların nə vaxt keçiriləcəyi barədə dəqiq qərarımız yoxdur”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir