Modern.az

Ali məktəblərə keçid balları aşağı salınacaq?

Ali məktəblərə keçid balları aşağı salınacaq?

21 Fevral 2011, 13:09

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında hansı ciddi dəyişikliklərin olacağı abituriyentləri indidən maraq dairəsindədir. Eyni zamanda, qəbul imtahanlarında ixtisas qrupları üzrə müsabiqədə iştirak ballarının aşağı salınıb-salınmayacağı da bütün abituriyentləri narahat edən məsələdir.
Modern.az-ın əməkdaşı bu məsələllərlə bağlı Tələbə Qəbulu Üzrə Dövlət  Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilə əlaqə saxlayıb.

E.Nağızadə Modern.az-a bildirib ki, ali məktəblərə qəbul qaydalarına sonuncu dəfə 2010-cu ilin sentyabr ayında dəyişiklik edilib.

“Ona görə də bu il köklü dəyiklik olmayacaq. Yalnız III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşunaslıq” ixtisasları 2011-ci ildə II ixtisas qrupuna keçirilib. Artıq “Beynəlxal münasibətlər”  və “Regionşunaslıq” ixtisaslarına qəbul olmaq istəyən abuturyentlər II qrup üzrə imtahan verməlidirlər”.

E.Nağızadə onu da vurğulayıb ki, bundan əlavə, riyaziyyat fənni üzrə 25 sualdan beş test tapşırığı açıq test olacaq. Ənənəvi test tapşırığında sual verilirdi və cavab variantları təqdim olunurdu, yəni bir doğru, dörd yanlış cavab variantı göstərilirdi. Açıq suallarda icə cavab olmayacaq, abituriyent onu özü tapmalıdır.

TQDK rəsmisi ixtisas qrupları üzrə minimum keçid balları barədə də danışıb. O bildirib ki, ixtisas qrupları üzrə minimum keçid balları qabaqcadan aşağı salınmır. Balın aşağı salınması abituryentlərin göstərdiyi nəticələrdən aslıdır.

Xatırladaq ki, TQDK ötən il keçirdiyi qəbul imtahanlarınfa ixtisaslar üzrə minimum keçid balları aşağıdakı kimi idi:

I ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

II ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

III ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

IV ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buaraxılıblar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər