Modern.az

TÜRKPA nümayəndə heyəti ilk dəfə ATƏT PA-da

TÜRKPA nümayəndə heyəti ilk dəfə ATƏT PA-da

Qarabağ

21 Fevral 2011, 13:28

Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyəti əldə olunmuş razılaşmaya əsasən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 24-26 fevral 2011-ci il tarixində Vyana şəhərində keçiriləcək qış sessiyasında ilk dəfə olaraq, xüsusi qonaq qismində iştirak edəcək.
Qurumdan Modern.az-a bildirlib ki, sessiya çərçivəsində TÜRKPA nümayəndə heyətinin ATƏT PA-ya üzv olan bir çox dövlətlərin parlament təmsilçiləri ilə görüşü nəzərdə tutulub.
Tədbirdə iştirak edəcək nümayəndə heyətlərinə Assambleyanın 2010-cu il fəaliyyətini əks etdirən kitabın təqdim olunması, təşkilatın indiki və gələcək fəaliyyəti ilə bağlı məlumatın verilməsi, həmçinin TÜRKPA Baş katibinin ATƏT PA Baş katibi Spenser Oliver ilə  görüşü də planlaşdırılır. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın rəhbərlik edəcəyi  TÜRKPA nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin deputatı Agah Kafkas və TÜRKPA Baş katibi Ramil Həsənov daxildirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür