Modern.az

Vüqar Bayramov vəzifə alacağı barədə yazılanlardan danışdı

Vüqar Bayramov vəzifə alacağı barədə yazılanlardan danışdı

21 Fevral 2011, 14:15

İqtisadçı alim Vüqar Bayramov bir sıra aparıcı qəzet və internet portallarında onun İqtisadi İnkişaf Nazirliyində vəzifəyə gətiriləcəyi ilə bağlı yazılanlara münasibət bildirib. V.Bayramov deyib ki, özü və rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) müxtəlif dövlət qurumları ilə iqtisadi islahatların səmərəli aparılması istiqamətində müzakirələr aparır.
“Yalnız ötən il İSİM-in hazırladığı 10 təklif hökumət tərəfindən qəbul edilib. Son günlər də anti-korrupsiya tədbirlərinin daha səmərəli aparılması və davamlı olması ilə bağlı müxtəlif dövlət qurumları və bəzi rəsmilərlə müzakirələrimiz  olub. Bununla belə, konkret olaraq vəzifəyə  təyanatla bağlı məsələ müzakirələrin predmeti olmayıb”.

İqtisadçı alim bildirib ki, iqtisadi qurumlara onun və ya başqasının rəhbərlik etməsi önəmli deyil: “Əsas odur ki, anti-korrupsiya tədbirlərinin davamlılığının təmin edilməsi və bu tədbirlərin kompleks aparılması üçün dövlət qurumlarına korrupsiyada adları hallanmayan və ölkəsinin inkişafı üçün çalışan insanlar rəhbərlik etsinlər”. 
Hökumətin gəncləşdirilməsi siyasətinin daha səmərəli olması ilə bağlı fikirləri bölüşdüyünü vurğulayan İSİM rəhbəri bildirib ki, mərkəz anti-korrupsiya tədbirlərinin davamlı olması üçün “Korrupsiyaya Qarşı Mübarizə Tədbirləri” haqqında Təkiflər Paketi hazırlayıb. Hal-hazırda təkliflər paketinin tətbiqi ilə bağlı müzakirələr davam etdirilir.

Xatırladaq ki, ABŞ-ın Vaşinqton Universitetinin məzunu olan, Qazaxıstanda Antiböhran, Yunanıstanda isə Stabilləşmə proqramlarının hazırlanmasında iştirak edən Vüqar Bayramov ekspert kimi müxtəlif ölkələrin inkişaf proqramlarının hazırlanmasına cəlb edilib. Ötən il ölkə prezidentinin də adının daxil edildiyi ABŞ-ın Corc Taun Universitetinin hazırladığı “dünyanın ən nüfuzlu 500 müsəlmanı” hesabatında yer alan azərbaycanlı alimin iqtisadi əsərləri dünyanın 25 dilinə tərcümə edilib. V.Bayramov Böyük Britaniyanın Kral Akademiyasının üzvü olan yeganə azərbaycanlı iqtisadçıdır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü