Modern.az

Azərbaycanlılar ən çox bu ayda evlənir və boşanırlar

Azərbaycanlılar ən çox bu ayda evlənir və boşanırlar

14 Oktyabr 2016, 09:25

2016-cı ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah və boşanma qeydə alınan ayların statistikası açıqlanıb.

 

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib.

 

Qurum rəsmisi deyib ki, 8 ay ərzində qeydə alınan 42179  nikahdan ən çoxu yay ayında bağlanıb:

“Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb”.

 

R.Süleymanovun sözlərinə görə, 2016-cı ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 8589 boşanma halı qeydə alınıb:

“Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir