Modern.az

Azərbaycanlı gənclər Türkiyədə səfərdədirlər

Azərbaycanlı gənclər Türkiyədə səfərdədirlər

21 Fevral 2011, 15:20

Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayevin başçılıq etdiyi Azərbaycandan olan 9 gənclər təşkilatından ibarət nümayəndə heyəti fevralın 20-dən 25-ə kimi Türkiyədə səfərdədir. Həmin səfərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasını təmsil edən baş katib Orxan Ərəbovun verdiyi məlumata görə səfərin əsas məqsədi iki ölkənin gənclər təşkilatları arasında sıx əlaqələrin və produktiv iş birliyinə dəstəyin artırılmasından ibarətdir. 

Səfər proqramı barədə məlumat verən Orxan Ərəbov bildirib ki, 1-ci gün İstanbul və Yalova şəhərlərində Gənclər şəhər müdürlüyü və Bursa Yunus Əmrə Gənclik Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirilib. Türkiyə və Azərbaycan gənclərinin təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fevralın 21-i Mədəni proqram mübadiləsi üzərində çalışmalar davam edəcək. Daha sonra Bursada Muzey evi, Atatürk köşkü, Hanlar, Kılıc-Kalkan Halk oyunları Dərnəyinin ziyarəti nəzərdə tutulub. Səfərin növbəti günlərində İstanbul Azərbaycan Mədəniyyət və Sənət evi, FOMDED təşkilatı, İstanbul Universiteti Sənətlər fakültəsində və bir sıra gənclər təşkilatlatları ilə görüşlər keçiriləcək. Səfər proqramı çərçivəsində gənclər Ayasofiya, Sultan Ahmet Camisi və Topqapı sarayını da ziyarət edəcəklər.

Orxan Ərəbov onu da əlavə edib ki, görüşlər zamanı birgə layihələrin həyata keçirilməsi üçün bir sıra danışıqlar aparılır.  Baş katib ümumilikdə bütün görüşləri müsbət qiymətləndirib. 

Qeyd edək ki, Azərbaycan tərəfdən səfəri Gənclər və İdman Nazirliyi, Türkiyə tərəfdən isə Başbakanlıq yanında Gənclər və Spor Genəl müdürlüyü təşkil ediblər. Gənclər və İdman Nazirliyini səfər çərçivəsində Ramil Məmmədov təmsil edir.

Səfərdə ARGTMŞ-a üzv olan «Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi», «Azərbaycan Demokratik Tələbə Gənclər təşkilatı», «Sağlam Düşüncə» gənclər təşkilatı və digərləri iştirak edirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür