Modern.az

Liviyada qan tökülür, Qəddafinin səfirləri istefa verir

Liviyada qan tökülür, Qəddafinin səfirləri istefa verir

Təhsil

21 Fevral 2011, 16:15

Liviyada polkovnik Müəmmər Qəddafinin rejimi təzyiq altındadır və paytaxtda nümayişlər ara vermir. Liviyanın bir neçə ölkəsindəki səfiri rejimə etiraz olaraq istefa verib. Ölkənin ikinci böyüş şəhəri Benqazi indi nümayişçilərin nəzarəti altındadır.

BBC-nin məlumatına görə, insan haqları qrupları və sürgündə olan dissidentlər deyir ki, bir həftə öncə iğtişaşlar başlayandan bəri yüzlərlə adam ölüb. Benqazi şəhərində itkilərin artıq 300-ə çatdığı bildirilir.

Bazar günü axşam şahidlər təhlükəsizlik qüvvələrinin nümayişçilərə gözyaşardıcı qazlarla hücum etdiyini deyiblər. Yaşıl Meydandakı nümayişdə iştirak edən etirazçı BBC-ə deyib ki, damlardan snayperlər izdihama atəş açıb.
"İnsanlar başından və arxadan vurulurdu. Mən indi evdəyəm, burdan çıxmağa qorxuram. Şəhərdə qorxu atmosferi var" - o deyib.

Liviya lideri polkovnik Müəmmar Qəddafinin oğlanlarından biri ölkənin vətəndaş müharibəsi təhlükəsilə üz-üzə olduğunu deyib. Televiziya ilə yayımlanan çıxışında Səif əl-İslam əl-Qəddafi deyib ki, onun atasının müdafiəçiləri son adama və son gülləyədək vuruşacaqlar.

Səif Qəddafi siyasi islahatlar təklif edib və etiraf edib ki, polis və ordu "səhvlər buraxıb", ancaq o, ölüm hallarının məlumat verildiyindən daha az olduğunu deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı