Modern.az

Qəddafi ölkəsindən qaçmayıb, televiziyada görünüb

Qəddafi ölkəsindən qaçmayıb, televiziyada görünüb

Dünya

22 Fevral 2011, 10:16

Liviya lideri Müəmmər Qəddafi ölkəsində başlayan böhrandan bəri ilk dəfə televiziya ilə çıxış edib.
Güman edilirdi ki, o ölkədəki hadisələrlə bağlı geniş təhlilini verəcək. Lakin Liviya liderinin müraciəti cəmi bir neçə saniyə çəkib.

BBC-nin məlumatına görə, Müəmmər Qəddafi Yaşıl Meydandakı gənclərlə danışdığını deyib. O bildirib ki, mətbuatın yazdığı kimi Venesuelada deyil Tripolidədir.

Gün ərzində dövriyyə edən məlumatlarda göstərilirdi ki, Liviya lideri ölkəni tərk edib.

Bu ərəfədə özünü Baş Müdafiə Komitəsi adlandıran qurum Liviyanı "yanılmış gənclərdən ibarət antihökumət ünsürlərdən təmizləyəcəyini" deyib.

Beynəlxalq müdaxilə

BMT-dəki Liviya diplomatları etirazçılara qarşı hökumət tərəfindən zor işlətmənin qarşısını almaq üçün beynəlxalq müdaxiləyə səsləyiblər. Liviya diplomatik missiyasının başçısının müavini deyib ki, "əhali hakimiyyətin törətdiyi soyqırımdan" müdafiə olunmalıdır. Nuri Mesmari BBC-yə verdiyi müsahibəsində baş verənləri polkovnik Qəzzafinin son günləri kimi təsvir edib. Səfir müavini deyib ki, Liviya lideri məhkəməyə verilməlidir.

"Əvvəla mən öncədən dinc şəkildə baş verənlərlə bağlı narazılığını ifadə edən silahsız etirazçılara qarşı törədilən əməlləri pisləyirəm. Kədərli haldır ki, əhaliyə qarşı öncədən fiziki təzyiq, daha sonra isə silah işlədilib", - deyib səfir müavini.

Cənab Mesmari Liviya etirazçılarına kömək etmək üçün beynəlxalq miqyasda əməli qərarlara çağırıb.

Avropa

Liviya diplomatının müdaxilə çağırışına Avropa İttifaqı səs verib.

İttifaqın Xarici İşlər Nazirləri görüşü ilə bağlı Finlandiyanın baş diplomatı açıqlama verib. Alexander Stubb deyib ki, Liviya olayları İttifaqın ardıcıl siyasətə malik olmadığını nümayiş etdirib:

"Dünya boyu və xüsusilə də qərbdə bu olayların yenidən dəyərləndirilməsi baş verir. Biz burada maraqlar və dəyərlər arasında balans müəyyən etməyə çalışırıq. Şimali afrika olayları neft, maliyyə və eyni zamanda qeyri qanuni qaçqınların qəfil axını ilə bağlıdır. Eyni zamanda biz demokratiya, azadlıqlar və insan haqları haqqında danışırıq. Bu mənada olayların geniş dəyərləndirilməsi aparılır", - deyə Alexander Stubb. bildirib

Neft

Liviyada cərəyan edən hadisələr fonunda neft qiymətlər artaraq 108 dollara çatıb. Bu son 3 ilin rekordunu təşkil edir.

Liviya ilə ən çox bağlı olan ölkələrin birja indeksləri kəskin şəkildə dəyərdən düşüb. Şimali Afrika olayları Liviya ilə ən sıx iqtisadi əlaqələrə malik olan İtaliyaya təsir göstərib.

Tripoli bir neçə İtaliya şirkətinin ən böyük payçısıdır. Şimali Afrika ölkəsi həmçinin Juventus futbol klubunun sahibidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır