Modern.az

Deputatlar xaricə ezam olunublar

Deputatlar xaricə ezam olunublar

Parlament

22 Fevral 2011, 11:10

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına bildirib ki, Xocalı soyqırımının ayrı – ayrı ölkələrdə keçirilməsi ilə bağlı bir neçə millət vəkili xaricə ezam olunub. O, konkret olaraq deputatlar Elman Məmmədov, Rövşən Rzayev və Qənirə Paşayevanın artıq xaricə getdiyini qeyd edib.

A.Təvəkküloğlu deyib ki, əvvəlki illərdə də Milli Məclisin deputatları Xocalı soyqrımı ilə bağlı dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlərdə fəal iştirak ediblər və bu dəfə də onlar fəallıq nümayiş etdirəcəklər.

Akif Təvəkküloğlu qeyd edib ki, bu siyahı 3 deputatla məhdudlaşmır və siyahı genişlənəcək. O bu barədə geniş məlumatın veriləcəyini bildirib.

A.Təvəvkküloğlu bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı soyqrımı, erməni vandallarının əməlləri ilə bağlı millət vəkilləri xüsusilə fəallıq göstərirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür