Modern.az

Komitə sədrindən litvalı nazirin ailəsinə başsağlığı

Komitə sədrindən litvalı nazirin ailəsinə başsağlığı

Hadisə

16 Oktyabr 2016, 14:51

Azərbaycan və Litva parlamentləri arasında ikitərəfli münasibətlərin inkişafında xidmətləri olmuş, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Juras Pojela vəfat edib.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov öz facebook səhifəsində yazıb.

Fuad Muradov bildirib ki, 10 ilə yaxındır ki, Azərbaycanla Litva arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində iştirak edən Pojela hər zaman ölkəmizin maraqlarının müdafiəsində fəal olmuş, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdi.


"Juras Pojela gənclər sahəsində də fəaliyyət göstərmiş, Azərbaycan gəncləri və gənclər təşkilatları üçün Litvada müxtəlif layihələr təşkil etmişdi. Litva Seymində sosial-demokratlar partiyasının təmsil edən Pojela 2016-cı ilin mart ayında səhiyyə naziri təyin edilmişdi. 34 yaşlı gənc dostumuzun vaxtsız vəfatından kədər hissi keçirir və ailəsinə dərin hüznlə səbr diləyirəm".

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu