Modern.az

Gəncənin yeni icra baçısı Elmar Vəliyev müşavirə keçirdi

Gəncənin yeni icra baçısı Elmar Vəliyev müşavirə keçirdi

22 Fevral 2011, 12:38


Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başcısı vəzifəsinə təyin olunan Elmar Vəliyev ötən axşam saatlarında müşavirə kecirib. Modern.az-ın bölgə müxbirinin məlumatına görə, müşavirədə şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, din xadimləri, yaradıcı insanlar və iş adamları iştirak edib. 
Elmar Vəliyev tanışlıq məqsədi daşıyan müşavirədə əvvəlcə özü haqda məlumat verib. Daha sonra şəhərdəki idarə, müəssisə və təşkilatların rəhbərləri ilə tanış olaraq onların fəaliyyətləri ilə maraqlanıb. Təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrindəki həlli vacib olan məsələlərə toxunan yeni icra başçısı həmin qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.
Elmar Vəliyev su, elektirk və qaz təhcizatı idarələrinin rəhbərlərinə də müvafiq göstərişlər verərək onlara əhalinin təlabatını 100 faiz ödəməyi və mövcud vəziyyətlə bağlı gündəlik hesabat həvalə edib. İcra başcısı şəhər təsərrüfatı üzrə müavini Şahmalı Cavadova təmirə ehtiyyacı olan küçələrin müəyyənləşdirilməsi və abadlaşdırılması ilə bağlı xüsusi tapşırıq verib. İcra başçısı həmçinin qeyd edib ki, bundan sonra aparılacaq abadlaşdırma işlərində daha çox gülbaxt daşı və qırmızı kərpicdən istifadə olunacaq. Gəncənin baş planının  yenidən hazırlanacağını deyən icra başçısı şəhərdəki çoxmərtəbəli binaların dam örtüklərinin və fasadlarının da təmir olunacağını bildirib və bununla bağlı xüsusi tapşırıq verib. İcra başçısı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılacağına, qarşıya qoyulan tapşırıqların gələcəkdə uğurla yerinə yetiriləcəyinə əminliyini də ifadə edib.
Sonda müşavirə iştirakçıları öz təklif və fikirlərini söyləyiblər.





Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat