Modern.az

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi (SİYAHI)

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi (SİYAHI)

22 Fevral 2011, 12:58


Bu gün Milli Məclisin (MM) yaz sessiyasının növbəti iclası keçirilir. Modern.az parlamentdən xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması məsələsi müzakirə edilib. Parlament MSK-nın yeni tərkibini 102 səs lehinə, 2 bitərəf, 1 səs əleyhinə olmaqla təsdiqləyib.

Beləliklə MSK-nın 18 nəfərlik tərkibində bu şəxslərin adları yer alıb:
Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir