Modern.az

Zahid Oruc: "Ölən 7 əsgər yeddi ailənin deyil, bütün Azərbaycanın itkisidir"

Zahid Oruc: "Ölən 7 əsgər yeddi ailənin deyil, bütün Azərbaycanın itkisidir"

Parlament

22 Fevral 2011, 13:35

Milli Məclisin bugünkü iclasında deputatlar fevralın 20-də “N” saylı hərbi hissədə baş vermiş və 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibət bildiriblər. Millət vəkili Zahid Oruc bildirib ki, 7 əsgər yeddi ailənin deyil, 70 ailənin deyil, bütün Azərbaycanın itkisidi. Onun sözlərinə görə, bu məsələdən danışanda bir az ehtiyatlı olmaq gərəkdir, çünki xaricdən də olaya çox diqqət yetirilir. Z.Oruc onu da bildirib ki, son 6 ildə Azərbaycanda 500 əsgər dünyasını dəyişib, bunların da 300-dən çoxu qeyri-döyüş zamanı ölüb. Z.Orucun fikrincə, məsələyə xüsusi diqqət vermək lazımdı və düşmən tərəfin irəliləməsinin qarşısı alınmalıdı. Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır