Modern.az

Siyavuş Novruzov da 7 əsgərin ölümündən danışdı

Siyavuş Novruzov da 7 əsgərin ölümündən danışdı

22 Fevral 2011, 13:48

Milli Məclisin bugünkü iclasında deputatlar fevralın 20-də “N” saylı hərbi hissədə baş vermiş və 7 nəfərin ölümü ilə nəticələnmiş hadisəyə münasibət bildiriblər.
Millət vəkili Siyavuş Novruzov deyib ki, ordu Azərbaycan prezidenti qarşısında cavabdehdir və istintaq qrupunun araşdırılması sona çatandan sonra rəsmi məlumat veriləcək.
Deputatın sözlərinə görə, düşmən tərəfində bu cür hallar baş verəndə onların mətbuatı bunu yazmır, ancaq Azərbaycan mətbuatı bəzən olmayan şeyləri çox şişirdir.
“Biz müharibə şəraitində yaşayan bir ölkəyik, bu məsələlərdə diqqətli olmalıyıq”.
S.Novruzov qeyd edib ki, təkcə ötən il avtomobil qəzasından 2 mindən artıq adam dünyasını dəyişib, 3 mindən artıq adam əlil vəziyyətinə düşüb.
“Ordu da bir qurumdu, orduda da insanlar var, bu məsələlərə diqqət yetirmək lazımdı”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər