Modern.az

Bəxtiyar Əliyev: "Köçkünləri məskunlaşdıqları yerdən çıxarmaq istəyən qüvvələr var"

Bəxtiyar Əliyev: "Köçkünləri məskunlaşdıqları yerdən çıxarmaq istəyən qüvvələr var"

22 Fevral 2011, 14:17

Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, məcuri köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə rəhbərinin dünənki sərənçamı həmin təbəqədn olan insanlar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.
Modern.az-ın məlumatına görə, deputat son zamanlar məcburi köçkünlərin kütləvi məhkəmələrə cəlb olunması prosesinin getdiyini vurğulayıb.
“19-20 il məskunlaşdıqları yerdən məcburi köçkünləri çıxarmaq istəyən qüvvələr var. Mən hesab edirəm ki, hansısa qüvvələr narazılıq yaratmaq istəyirlər, görülən işlərə kölgə salmaq istəyirlər”.
B.Əliyev deyib ki, prezidentin sərənçamları, fərmanları var ki, məcburi köçkünlər məskunlaşdıqları yerdən çıxarıla bilməzlər. O qeyd edib ki, bu məsələlərə mütləq diqqət yetirmək lazımdır.

B.Əliyev deyib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Millət vəkilinin sözlərinə görə, vaxtilə Milli Məclisdə sərhədyanı bölgələrlə bağlı qanunun qəbulu məsələsi gündəmə gəlmişdi.
“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərin birinçi mərhələsi başa çatıb. Əksər rayonlarda iş yerləri var. Ancaq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının ikinçi mərhələsində bu məsələlər elə icra olunur ki, sərhədyanı bölgələrə geç gedib çatır. Ona görə də bu məsələlərə xüsusi diqqət etmək lazımdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi