Modern.az

Vahid Əhmədov: “Prezidentin korrupsiyaya qarşı göstərişlərinin əksinə gedirlər”

Vahid Əhmədov: “Prezidentin korrupsiyaya qarşı göstərişlərinin əksinə gedirlər”

Parlament

22 Fevral 2011, 14:57

Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu günkü iclasında deyib ki, yanvarın 14-də Prezidentin sədrliyi ilə Azərbaycanda korrupsiyaya qarşı böyük bir iclas keçirilib. İclasda bir sıra göstərişlər verilib. Bütun bunlara baxmayaraq ərzaq bazarlarında bu məsələlərin əksi həyata keçirlir. “Bazarlarda süni qiymət artımı, monopoliya var”.
Deputat qeyd edib ki, Milli Məclisdə korrupsiya ilə bağlı qanunlara baxılmalıdı, gəlirlərin deklarasiya məsələsi gündəmə gətirilməlidi.
“Gəlirlərin Deklorasiyası Məcəlləsi 5 ildir ki, Milli Məclisə təqdim olunub. Milli Məclisin rəhbərindən xahiş edirəm ki, bu məsələni mütləq payız sessiyasında müzakirəyə çıxarıb qəbul edək”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar