Modern.az

Rektor şikayətçi tələbələrlə görüşüb

Rektor şikayətçi tələbələrlə görüşüb

22 Fevral 2011, 17:03

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun müvafiq əmrinə əsasən yanvar ayının 6-da başlayan və 31-də başa çatan qış imtahan sessiyasının nəticələrindən narazı qalaraq apellyasiya şikayəti verən tələbələrlə görüş keçirilib.
Modern.az-ın məlumatına görə, rektor tərəfindən qəbul edilən tələbələr “əla” və “yaxşı” qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. Akademik Abel Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətlərinin çox ağır olacağını xüsusi vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat