Arxiv
20 Oktyabr 2016, 13:23 | AKTUAL
Tahir Salahovun erməni qaynanası - Tamara Xanım haqda BİLMƏDİKLƏRİMİZ

Məşhur azərbaycanlı Tahir Salahov keçmiş SSRİ məkanının ən tanınmış rəssamlarından biri sayılır. Buna əmin olmaq üçün təkcə ona həyatı boyu verilən mükafatlara nəzər salmaq kifayətədir. SSRİ Xalq rəssamı (1973), Sosialist Əməyi Qəhrəmanı (1989), SSRİ Dövlət mükafatı laureatı (1968), Rusiya Federasiyası Dövlət mükafatı (2012), Azərbaycan SSR Ali Sovetinin deputatı (1963-1967) və s. adlar azərbaycanlı rəssamın layiq görüldüyü çoxsaylı mükafatların çox az bir hissəsidir.

Modern.az saytı tanınmış azərbaycanlı rəssamın bioqrafiyasında maraqlı bir fakt aşkarlayıb. Məlum olub ki, Tahir Salahovun birinci qaynanası – ilk həyat yoldaşının anası əslən Qarabağ ermənisi, tanınmış özbəkistanlı rəqqasə Tamara Petrosyan olub. Yəni Tahir Salahovun ailə həyatı qurduğu ilk qadın - Vansetta Qarayaqubova məşhur rəqqasə Tamara Petrosyanın doğmaca qızıdır.


Tamara Artyomovna Petrosyan müasir özbək musiqisinin ən parlaq nümayəndələrindən biri sayılır. O, Özbəkistan xalq artisti (1932), SSRİ Xalq artisti (1956), 2-ci dərəcəli Stalin mükafatı (1941) laueratı, Lenin ordeni və s. fəxri adlar və mükafatlar qazanmış, özbək xalq rəqslərində geniş islahatlar aparmış müğənni, rəqqasə, aktrisa və xoreoqraf kimi tanınıb.

Tamara Artyomovna Petrosyan daha çox səhnə adı ilə - Tamara Xanım olaraq tanınır. O, 1906-cı il martın 16-da Özbəkistanın Fərqanə şəhərində anadan olub. Onun valideynlərinin Fərqanəyə köçənə qədər Bakıda yaşadıqları, əslən isə Qarabağ erməniləri olduğu məlumdur.



Tamara Petrosyan ilk dəfə 1919-cu ildə Daşkənddə səhnəyə çıxıb. 1925-ci ildə Moskvada teatr texnikumunu bitirib. 1926-1928-ci illərdə isə Daşkənddə etnoqrafik-musiqi ansamblında çıxış edib. Sonrakı illərdə o, Səmərqənd, Kokand və digər şəhərlərində dramatik-musiqi teatrlarının yaradılması ilə məşğul olub.

1936-cı ildə isə o, Özbəkistan filarmoniyasının solisti olub. Böyük Vətən Müharibəsi illərində cəbhədə 1000-dən artıq konsert verib və bu xidmətlərinə görə 1941-ci ildə 2-ci dərəcəli Stalin mükafatı ilə təltif olunur. Qırmızı Ordunun əsgərlərinə müsbət mənəvi-psixoloji təsir göstərdiyinə görə ona kapitan hərbi rütbəsi belə, verilib.

Tamara xanımın birinci əri özbək olub. Bu, Özbəkistan musiqi teatrının yaradıcısı, müğənni (bariton) və Özbəkistanın Xalq artisti (1936) Mühiddin Qarayaqubov idi.
1925-ci ildə Özbəkistan partiya rəhbərləri Tamara Xanımın otağına daxil olurlar və Mühiddin Qarayaqubovu ona təqdim edərək, bundan sonra səhnədə birlikdə çıxış edəcəklərini deyirlər. 1 il sonra onlar artıq evli idi.

Bu nikahdan Tahir Salahovun gələcək həyat yoldaşı Vansetta Qarayaqubova doğulub. Beləliklə, Tahir Salahovun ilk xanımının anası erməni, atası isə özbək olub.

Vansetta Qarayaqubova və Tahir Salahovun nikahından isə üç uşaq doğulub ki, onlardan biri də məşhur rəssam Aydan Salahovadır.

Aydan Salahova öz nənəsi Tamara Xanım haqda müsahibələrindən birində bunları deyib:

“Bizim nənəmiz özbək xalq mahnılarının ifası ilə tanınıb. O 80 dildə mahnı oxuyub. Mərkəzi Asiyada ilk dəfə 16 yaşında səhnəyə hicabsız çıxıb. Həmin vaxt onun 16 yaşı var idi
Nənəm səhnədə ilk əri ilə birlikdə çıxış edirdi. Lakin Tamara Xanım məşhur olduqdan sonra onlar arasında münaqişə başladı və boşandılar”.




Tahir Salahovun birinci xanımı Vansetta Qarayaqubova da daha çox anasının səhnə adına görə Vansetta Xanım kimi tanınıb. O, Moskva Rəssamlıq İnstitutunun tetatr rəssamlığı ixtisasını bitirib. Tahir Salahovla 1947-ci ildə ailə həyatı qurduqdan sonra Bakıya köçüb və filmlər üçün kostyumlar hazırlamqla məşğul olub. Vansetta Xanım daha çox natümort üslublu rəsm əsərləri ilə populyarlıq qazanmışdı.

Vansetta Xanımla Tahir Salahovun nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub.


Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəlib.

Yeri gəlmişkən, Tahir Salahovun qızı Aydan Salahovanın keçmiş əri də milliyətcə erməni olub. Modern.az bu haqda da araşdırma aparıb və ayrıca yazı dərc edəcək...

 

Vüqar İSMAYILOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər təlimlərə cəlb olunacaq 26 Avqust 2019, 12:06 “Bu il 5 yaşında olan uşaqların 90 faizi məktəbəhazırlıq qruplarına qəbul olunacaq” 26 Avqust 2019, 11:47 Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA 26 Avqust 2019, 11:26 Ermənilər Kəlbəcərin ən yüksək zirvəsindən FOTOLAR yaydılar 26 Avqust 2019, 11:24 “Azərenerji ASC “Şəmkir” SES-də təmir-bərpa işləri aparır 26 Avqust 2019, 11:21 Bəzi rektorlar Təhsil Nazirliyinin qərarını qulaqardına vururlar - QALMAQAL 26 Avqust 2019, 11:16 Qida məhsullarının qəbulu, saxlanması və daşınması üzrə təlim keçirilib 26 Avqust 2019, 11:00 Bir şəklin tarixçəsi: Xomeyninin dəfnindəki DƏHŞƏTLİ HADİSƏ - Tabutu niyə 3 dəfə yerə düşdü... 26 Avqust 2019, 10:59 Nazirlik restoranlarda yenidən monitorinq keçirdi - Tüstüyə görə 26 Avqust 2019, 10:58 Qaraçuxur və Suraxanı qəsəbələrində su kəsiləcək 26 Avqust 2019, 10:50 Məktəbə BirKart-la hazırlaş! 26 Avqust 2019, 10:47 Bakıda jurnalisti DÖYDÜLƏR 26 Avqust 2019, 10:30 Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi - FOTOLAR 26 Avqust 2019, 10:20 Prezidentdən Allahşükür Paşazadədoğum günü TƏBRİKİ 26 Avqust 2019, 10:19 Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır   26 Avqust 2019, 10:14 İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi 26 Avqust 2019, 10:12 ADU-da Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib 26 Avqust 2019, 10:07 55 illik ömrün ANLARI - FOTOLAR 26 Avqust 2019, 10:04 “Azərbaycan Abxaziyada keçirilən “prezident seçkiləri”ni tanımır” 26 Avqust 2019, 10:01 Dövlət rəhbərlərini təəccübləndirən 70 yaşlı Şeyxülislam - FOTOLAR 26 Avqust 2019, 10:00 Ermənilər atəşkəsi 20 dəfə pozdu 26 Avqust 2019, 09:56 Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı 26 Avqust 2019, 08:23 Manat və dolların bugünkü məzənnəsi 26 Avqust 2019, 08:11 Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09