Modern.az

Deputat Bəxtiyar Sadıqov: “İnternet elə bir şeydir ki…”

Deputat Bəxtiyar Sadıqov: “İnternet elə bir şeydir ki…”

23 Fevral 2011, 12:39

“İnternet elə bir şeydir ki, onu tənzimləmək mümkün deyil”. Bu fikirləri Modern.az saytına açıqlamasında millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib. O, bildirib ki, indi həm insanlar tərəfindən, həm də müxtəlif  qurumlar tərəfindən saytlar yaradılır.

“Əgər o saytlarda milli-mənəvi dəyərlərə zidd təbliğat gedirsə, terrorizmə çağırış halları varsa, dövlət üçün təhlükə törədə biləcək çağırışlar və digər bu kimi təbliğat işləri gedirsə, dövlət onu tənzimləyə bilər. Amma xarici dövlətlərdə hazırlanıb, internetə buraxılan saytlar da var, bunlara bizim dövlət tərəfindən necə, hansı şəkildə qadağa qoyula bilər?
Hər bir dövlət özünün informasiya təhlükəsizliyi ilə məşğuldur. Bu var, müəyyən işlər görülür. O halda mən dediyim kimi, terrorizm, dövlət təhlükəsizliyinə zidd halların qarşısı alınır. Biz azad sözü, azad mətbuatı, informasiyanı çərçivəyə salmaq, məhdudlaşdırmaq yolu tutmamışıq. Ona görə də mən bir jurnalist olaraq internet informasiyasını məhdudlaşdıran qanunun hazırlanıb qəbul olunmasının tərəfdarı deyiləm”.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir