Modern.az

Nərimanovda yolu keçmək istəyən piyada öldü

Nərimanovda yolu keçmək istəyən piyada öldü

Aktual

22 Oktyabr 2016, 12:35

Bakıda yolu keçən piyada avtomobillə vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə oktyabrın 21-də, saat 01 radələrində, Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Bakı şəhər sakini Xankişi Xankişiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Zöhrabovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir