Modern.az

Ötən gün yol qəzasında ölənlər

Ötən gün yol qəzasında ölənlər

22 Oktyabr 2016, 13:57

Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 21-də Respublikanın avtomobil yollarında baş verən nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gün ərzində 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Nəticədə 2 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Ölənlərdən biri Nərimanov rayonu ərazisində yolu keçərkən həmyerlisi tərəfindən avtomobillə vurulan Rəşad Zöhrabov, digəri isə Rusiya vətəndaşı Lida Madirsultanovadur.

 

L. Madirsultanova Quba rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand” markalı avtomobillərin toqquşması zamanı ikincinin sərnişini olub.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir