Modern.az

Everesti fəth edən qadın öldü

Everesti fəth edən qadın öldü

22 Oktyabr 2016, 14:57

Everesti dünyada ilk fəth edən qadın – yaponiyalı alpinist Dzyunko Taei uzun müddətli xəstəlikdən sonra dünyasını dəyişib.

 

Modern.az xarici medisaya istinadən xəbər verir ki, 77 yaşlı qadın son illər mədə xərçənginə qarşı mübarizə aparıb.

Tabei dünyanın ən yüksək zirvəısinə 1975-ci ilin may ayında qalxıb. O 1992-ci ildə insanların qeyri-formal birliyi olan yeddi yüksəklik klubuna – 6 qitədə ən yüksək nöqtələri fəth edənlər - daxil olan ilk qadındır.

Oktyabrın əvvəlində 50 yaşlı britaniyalı alpinist Britaniya adalarında – Şotlandiyadakı  Ben-Nevis yüksək dağını fəth etmək istəyərkən ölüb. O, həmkarı ilə birgə yüksəlikdən yuvarlanıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?