Modern.az

Deputat Fəttah Heydərov ad gününü niyə xaricdə qeyd edir?

Deputat Fəttah Heydərov ad gününü niyə xaricdə qeyd edir?

23 Fevral 2011, 15:34

23 fevral tarixi deputat Fəttah Heydərovun ad günüdür. Modern.az-ın məlumatına görə, Fəttah Heydərov bu ilki ad gününü Bakıda deyil, xaricdə qeyd edir.

F.Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonun Çeşməbasar kəndində anadan olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

F.Heydərov 1955-ci ildə Nehrəm kənd orta məktəbini 1959-1964 illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvan rayonu Güdneyt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968 ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1970-1990 – ci illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı, 1976-cı ildən Naxçıvan MR əhaliyə məişət xidməti naziri, 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin I katibi, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR mədəniyyət naziri işləyib.
1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı seçilib. “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.
1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən F.Heydərov daha sonra dalbadal 3 çağırışda da millət vəkilinin mandatına sahiblənib.
Dördüncü çağırışdır deputat olan F.Heydərov Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavinidir.
Evlidir, 5 övladı var.
Modern.az-ın məlumatına görə, F.Heydərov hazırda Avstriyanın paytaxtı Vyanadadır. Deputat Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü kimi bu qurumun sessiyasında iştirak edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir