Modern.az

Tərtərdə raket qalıqları aşkar edildi

Tərtərdə raket qalıqları aşkar edildi

22 Oktyabr 2016, 15:23

Tərtər rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) o Modern.az-a verilən məlumata görə, oktyabr ayında Tərtər rayonu, Hacıqərvənd kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilib.

 

Ərazidə 1 ədəd partlamış 9M22U (Qrad) raketinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.

 

Cəmi 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamış 9M22U (Qrad) raketinin qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarilə 2 500 kv.m. ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 oktyabrda Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 648 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib. 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir