Modern.az

“Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik”

“Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik”

23 Oktyabr 2016, 00:43

Türkiyə  Suriyada İŞİD-lə mübarizəni davam etdirəcək və Rəqqanın azad edilməsi əməliyyatında iştirak etməyə hazırdır. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bursada çıxışı zamanı deyib.

 

“Bizə deyirlər Əl-Baba getməyin (İŞİD-in Suriyanın şimalında zəbt etdiyi şəhər-red.). Lakin biz gedəcəyik, biz məcburuq. Çünki biz orada təhlükəsizlik zonası yaratmalıyıq”, - deyə prezident qeyd edib. Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq koalisiya ilə birlikdə terrorçularla mübarizəni davam etdirməyə hazırdır.

 

“Əgər koalisiya bizimlə əməkdaşlıq etmək istəyirsə, biz Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik.  Lakin biz PYD və YPG terrorçuları ilə birgə çalışmayacağıq. Biz Amerika, koalisiya qüvvələri ilə əməkdaşlıq edəcəyik”, -  deyə Ərdoğan qeyd edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir