Modern.az

İTV-nin prodüseri beyin əməliyyatı keçirdi

İTV-nin prodüseri beyin əməliyyatı keçirdi

23 Oktyabr 2016, 09:31

İctimai televiziyanın əməkdaşı  prodüser –rejissor Minarə Əsgərova bir müddət əvvəl ağır beyin əməliyyatı keçirib. Amma əməliyyat bununla bitməyib. Belə ki, son ikinci əməliyyat oktyabr ayının 10-da uğurla başa çatıb.

 

“Çox çətin əməliyyat idi. Respublika Neyrocərrahiyyə xəstəxanasının baş həkimi Kabus Dadaşov olmaqla bütün kollektivə təşəkkür edirəm. Həmçinin baş-beyin neyrocərrahı Ələsgər Həsrətova və anesteziologiya və reanimasiya şöbəsinin müdiri,  Elza Muradovaya  təşəkkür edirəm. Çalışdığım İctimai televiziya kanalına, başda Cəmil Quliyev olmaqla bütün əməkdaşlara təşəkkür edirəm.Eyni zamanda gənclər, elm və təhsil verilişləri departamentinə xüsusi təşəkkür edirəm. Məni yalnız buraxmadılar və dəstək oldular”.

 

Xanım prodüser, sənət adamlarının ona xüsusi diqqət göstərdiklərini də deyib.

 

“Roza Zərgərli, Gülüstün Əliyeva, Lalə Məmmədova, rəqqasə Fatimə, Niyam Səlami, bəstəkar Məryəm Əlibəyli, əməkdar incəsənət xadimi, modelyer  Fəxriyyə Xələfova da mənə çox dəstək oldular. Media işçilərinə də təşəkkür edirəm ki, ilk gündən mənə dəstək oldular.  

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır