Modern.az

Şəkidə minik avtomobili yanıb

Şəkidə minik avtomobili yanıb

23 Oktyabr 2016, 09:42

Bu gün saat 05:20 radələrində Şəki şəhər sakini Orxan Yunus oğlu İdrisov idarə etdiyi “BMW” markalı “99 HD 126” dövlət nömrə nişanlı avtomobillə Şəki-Oğuz avtomobil yolunun 15-ci kilometrliyində hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

FHN-nin Şəki rayon DYMH-dən verilən məlumata görə, O. İdrisov idarə etdiyi avtomobilini satmaq məqsədi ilə Bakıya gedirmiş.  Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir