Modern.az

27 qəzet redaktoru BDU-nun tələbələriylə görüşdü

27 qəzet redaktoru BDU-nun tələbələriylə görüşdü

23 Fevral 2011, 16:34

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidentinin yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Azərbaycanın 27 qəzet redaktorunun jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan dekan, professor Yalçın Əlizadə fakültənin tarixi haqqında məlumat verdikdən sonra görüşün əsas məqsədini açıqlayıb. Məlum olub ki, KİV rəhbərləri tələbə-jurnalistlərin işlə təmin edilməsində maraqlıdırlar.
Bu barədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli Fondun azad mətbuatın, jurnalist peşəkarlığının inkişaf etdirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün 2008-ci ildə Prezident İlham Əliyevin xüsusi fərmanı ilə yaradıldığını bildirib.
Daha sonra baş redaktorlar - Rəşad Məcid, Rauf Arifoğlu, Fazil Abbasov, Murad Fərzəliyev, Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək rəhbərlik etdikləri qurum və qəzetlər barədə tələbələrə məlumat verib və gənc jurnalistləri işlə təmin etməyi öhdəlik götürdüklərini deyiblər.
Qeyd edək ki, tələbə-jurnalistlərin işə qəbulu onların fakültədə oxuduqları dörd il ərzində qazandıqları bilik səviyyəsinə müvafiq müəyyən ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi