Modern.az

Kərkükdə GƏRGİNLİK: Millət vəkili Modern.az-a rəqəm AÇIQLADI

Kərkükdə GƏRGİNLİK: Millət vəkili Modern.az-a rəqəm AÇIQLADI

Aktual

23 Oktyabr 2016, 13:03

Kərkük şəhərində vəziyyət gərgin olaraq qalır. Bu barədə Modern.az saytına İraq türkmənlərinin Ərbil şəhərindən olan millət vəkili  Aydın Maruf məlumat verib.

 

Onun sözlərinə görə, “İslam dövləti” (İŞİD) terror təşkilatının Kərkükə hücumu nəticəsində 93 nəfər öldürülüb.

 

Onlardan 31-i mülki, 62-si isə polis və əsgərdir.

 

Kərkükün Dibis bölgəsində İŞİD-in törətdiyi terror zamanı 17 nəfər həlak olub. Dakuk rayonunda isə hava zərbələri zamanı 13 nəfər ölüb.

 

Millət vəkili deyib ki, İŞİD-in 51 döyüşçüsü məhv edilib. O, digər terrorçuların isə şəhəri mühasirəyə aldığını bildirib.

 

Xatırladaq ki, Türkiyə və ABŞ İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı razılıq əldə edib.

ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlib.

 

Mosulun terrorçulardan təmizlənməsi əməliyyatının başlanılacağına reaksiya olaraq İŞİD Kərkükə hücum edib.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!