Modern.az

Deputatların əmək haqqının artırılması DƏSTƏKLƏNMƏDİ

Deputatların əmək haqqının artırılması DƏSTƏKLƏNMƏDİ

23 Oktyabr 2016, 20:39

Nazirlər Kabineti deputatların əmək haqqının artırılması ilə bağl 2017-ci ilin büdcə layihəsinə dəyişiklik etmək niyyətində deyil. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman bəyan edib.

 

“Ötən həftə Ali Radada bizim təqdim etdiyimiz 2017-ci ilin büdcə layihəsinə deputatların tövsiyələrinə səs verilib. Biz indi hökumətdə xalq deputatlarının irəli sürdükləri dəyişikliklərlə bağlı təkliflərinin üzərində işləyirik”, - baş nazir özünün Facebook səhifəsində yazıb.

 

Hökumətin başçısı onu da qeyd edib ki, deputatların öz əmək haqlarını demək olar iki dəfə artırmaq təşəbbüsü dəstəklənməyəcək.

 

“Hesab edirəm ki, bu məsələ indi gündəlikdə durmur. İndi hamıya ilk növbədə adi insanların gəlirini artırmaq haqda düşünmək lazımdır. Biz artıq qarşımıza büdcə layihəsinə müəllimlərin, həkimlərin əmək haqlarının, ümumiyyətlə, sosial standartların artırılmasını məqsəd kimi qoymuşuq”, - Qroysman yazıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir