Modern.az

Deputatın xarici siyasətlə bağlı təklifi var...

Deputatın xarici siyasətlə bağlı təklifi var...

23 Fevral 2011, 19:05

“Azərbaycanın bir sıra beynəlxalq dairələrlə və xarici dövlətlərlə çox mühüm siyasi, iqtisadi tərəfdaşlıq münasibəti formalaşıb. Bu özünü konkret dövlətlərarası sənədlərdə də tapmaqdadır. Bu son dərəcədə faydalıdır, çünki bütün münasibətlər məhz hüquqi müstəvidə və bərabərhüquqlu səviyyədə, qarşılıqlı maraqlar sferasında tənzimlənir”.

Bunu Modern.az saytına açıqlamasında  Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

O, qeyd edib ki, 2011-ci ilin əvvəllərindən Azərbaycanın xarici siyasət aləmində mühüm uğurlar var:
“Bu da bilavasitə xarici dövlətlər tərəfindən Ermənistanın işğal oetdiyi Dağlıq Qarabağa, o cümlədən işğal altındakı digər 7 rayona həmin ölkələrin öz vətəndaşlarının getməsinə qadağa qoyması və bu yerləri Azərbaycan ərazisi kimi qəbul edərək belə addaım atması son dərəcə önəmlidir: “Ötən illərdə Azərbaycanın başı üzərindən işğal altında olan yerlərimizə həyata keçirilən bu səfərlər bir sıra hallarda Qarabağın özünu tanıtma aksiyasına çevirilirdi. İndi bu ölkələrin çıxardığı qərarlar Azərbaycanın xarici siyasət idarəsinin həmin dövlətlərlə sıx işləməsi nəticəsində meydana çıxıb. Artıq 8 ölkənin belə bir qərarda bulunması və ciddi bəyanatlar verməsi, onu öz informasiya resuslarında yerləşdirməsi və ona davamlı xarakter verməsi çox önəmlidir”.

Deputat deyib ki, Ermənistan bu faktı həm cəmiyyət səviyyəsində, həm siyasi elita, həm də xarici siyasət idarəsi səviyyəsində ağır zərbə kimi qarşılayıb:
“Təsadüfi deyil ki, Nalbandyanı parlamentə dəvət etmək səviyyəsində ultimatumlar var. O cümlədən media müstəvisində də ondan cavab istənilir və s. Biz parlamentdə müxtəlif ölkələrinin dövlət baçıları arasında imzalanan bəyannamələri, hər hansı müqavilə və saziş layihələrini müzakirə edirik. Bu gün də onlardan birini, Latviya və Azərbaycan prezidentləri  arasındakı bəyamnaməni və digər sənədləri müzakirə etdik. Mən orada təklif etdim ki, bu sənədlər üzərində xarici siyasət idarəsi aylarla iş aparır. Onun hər nöqtəsi, vergulu üzərində geniş danışıqlar, razılaşmalar olur. Çox yaxşı  olar ki, biz gələcəkdə bu dövlətlərarası sənədlərə Qarabağa həmin ölkənin vətəndaşlarının Azərbaycanın razılığı olmadan getməyəcəyi müddəasını daxil edək. Bir sıra ölkələrlə münasibətlərimiz buna yol verir ki, belə bir addımı ataq. Təklif komitədə digər həmkarlarımız tərəfindən müsbət qarşılandı. Düşünürəm ki, bütün bu məsələnin mediaya çıxması xarici siyasət idarəsi tərəfindən də qəbul olunacaq”.

Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır