Modern.az

Həbsdə olan jurnalist Elman Malıyevdən yeni xəbər var

Həbsdə olan jurnalist Elman Malıyevdən yeni xəbər var

Media

24 Fevral 2011, 10:37

Azadlıqdan 5 il müddətinə məhrum edilən “Ekspress” qəzetinin sabiq əməkdaşı Elman Malıyev türmədən jurnalist həmkarlarına zəng edib. Bu barədə Modern.az saytına “Ekspress” qəzetinin əməkdaşları nəlumat veriblər. E.Malıyev “Ekspress”in əməkdaşları İntiqam Məmmədli və Bəkir Nərimanoğlu ilə telefonda danışıb, hal-əhval tutub.
“Elman bizimlə danışanda səhhətinin normal olduğunu dedi və 5 il müddətinə həbs olduğunu bildirdi. Dedi ki, Şəmkir rayonundan olan bir qadının ona atdığı şər-böhtan üzündən qanunsuz həbs olunub”-deyə “Ekspress”in əməkdaşı İntiqam Məmmədli Modern.az-a bildirib. İ. Məmmədlinin sözlərinə görə, Elman onlardan Mətbuat Şurasının telefon nömrəsini istəyib, amma həmkarları Malıyevə kömək edə bilməyiblər, Şuranın telefonunu tapmaq mümkün olmayıb.
“Elman Mətbuat Şurasına müraciət etmək istədiyini bildirirdi”-deyən İ.Məmmədlinin sözlərinə görə, Elmanın maddi və mənəvi yardıma ehtiyacı var.

Qeyd edək ki, əvvəllər “Bu gün, “Yeni Müsavat”, “Ekspress” qəzetlərində işləmiş Elman Malıyev 2010-cu ilin iyununda tutularaq 5 il müddətinə azadlıqdan məhrum olunub. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir