Modern.az

Deputatlar AzTV-dən niyə narazıdırlar?

Deputatlar AzTV-dən niyə narazıdırlar?

24 Fevral 2011, 15:00

Dövlət Televiziyası onu ayrı-seçkilikdə ittiam edən millət vəkillərinə bir cümlə ilə cavab verdi


Milli Məclisin fəaliyyəti və iclasları barədə ictimai məlumatlığın artırılması məqsədilə hər bazar günü dövlət televiziyasının – AzTV-nin efirində “Parlament həftəsi” verlişi yayımlanır. 45 dəqiqəlik proqram saat 17:30-dan 18:15-ə kimi efirdə olur. Modern.az-ın məlumatına görə, Milli Məclisin həm müxalifət, həm də iqtidardan olan bir sıra deputatları AzTV-dən narazılıq edərək “Parlament həftəsi” verlişində ayrı-seçkiliyə yol verildiyini bildiriblər.

Qeyd edək ki, “Parlament həftəsi” verlişində Milli Məclisin iclaslarında danışan depuatatların çıxışları, müzakirələr göstərilir.

Amma Milli Məclisin son iclasında bəzi depuatatlar bu veriliş haqqında danışarkən ciddi iradlar səsləndiriblər. AzTV-nin ayrı-seçkilik etdiyini deyən deputat Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, eləcə də bəzi YAP-çı millət vəkilləri “Parlament həftəsi”də “qayçılanma” metodundan geniş istifadə olunduğunu vurğulayıblar. Deyiblər ki, həmin verilişdə bəzi deputatların çıxışları göstərilmir. Bu da ictimaiyyətdə elə fikir formalaşdırır ki, iclaslarda həmişə eyni deputatlar danışır, qalanlar isə ancaq susurlar.

Modern.az saytı deputatların səsləndirdikləri iradlara münasibət öyrənmək üçün Azərbaycan Dövlət Televiziyası ilə əlaqə saxlayıb. Amma AzTV-dən saytımıza “biz bu məsələyə münasibət bildirmirik” cavabını verməklə kifayətləniblər.

Aytən ƏLİYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi