Modern.az

Vaqif Əsədov sərxoş sürücülərin yeni statistikasını AÇIQLADI

Vaqif Əsədov sərxoş sürücülərin yeni statistikasını AÇIQLADI

27 Oktyabr 2016, 09:41

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt yollarında baş verən qəzalarla bağlı statistika açıqlayıb. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a bildirib ki, bu ilin yanvarın 1-dən oktyabr ayının 25-dək Bakı yollarında 532 qəza qeydə alınıb.

 

Onun sözlərinə görə, nəticədə 151 nəfər həlak olub, 556 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Vaqif Əsədov ötən illə müqayisədə qəzaların azaldığını da bildirib.

 

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə 103 yol-nəqliyyat hadisəsinin sayının azalması 42 ölüm faktının aşağı düşməsinə təsir göstərib. Eyni zamanda 115 xəsarət sayı azalıb. Bu da yol polisi əməkdaşlarının məqsədli şəkildə keçirdikləri tədbirlərin hesabınadır”.

Şöbə rəisi deyib ki, sürət həddinin aşılması bağlı 41 faiz, piyadaların avtomobillərlə vurulması isə ümumi hadisələrin 58 faizini təşkil edib.

 

“Hadisələr əsasən günün qaranlıq vaxtlarında baş verib. Yəni, saat 20:00-dan 24:00-a qədər olan müddətdə. Hadisələr həftənin şənbə və bazar günləri daha çox olub. Hadisələri təhlil etdikdə piyadaların vurulması faktları çox ciddi narahatlıq doğurur. Bu səbəbdən zəruri tədbirlər bu gün də tərəfimizdən həyata keçirilir. Paytaxtın yeraltı və yerüstü piyada keçidlərinə tərəfimizdən nəzarət edilir. Bu il 115893 piyada qaydaları pozub. 12887 nəfər isə sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb. Sürət həddinin aşılması ilə bağlı 183286 fakt qeydə alınıb”.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir