Modern.az

Cənub rayonlarında fövqəladə vəziyyət: 48 nəfər subasmadan xilas olundu

Cənub rayonlarında fövqəladə vəziyyət: 48 nəfər subasmadan xilas olundu

27 Oktyabr 2016, 09:58

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində subasma hadisələrilə bağlı təcili tədbirlər həyata keçirib.

FHN mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az-a bildirib ki, Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası cəlb olunmaqla Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.

Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyyə olunub. İki gecə Nazirliyin bütün yerli strukturlarının əməkdaşları İcra Hakimiyyəti ilə billikdə bu istiqamətdə iş aparıb.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?