Modern.az

"Xankəndi" növbəti layihəsini təqdim edib.

"Xankəndi" növbəti layihəsini təqdim edib.

Aktual

27 Oktyabr 2016, 10:19

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə milli vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində Şuşa Rayon İcra Hakimiyyətində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sayca 3-cü layihəsi olan “Xankəndi şəhərinin şəhid və məcburi köçkün ailələrinin yaşam mücadiləsi” adlı videoçarxın təqdimat mərasimi keçirilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Flora Qasımova, Aydın Mirzəzadə, Gövhər Baxşəliyeva, QHT və KİV nümayəndələri, məcburi köçkün və şəhid ailələri iştirak edib.

Videoçarxda respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan Xankəndi şəhərindən olan azərbaycanlı məcburi köçkün və şəhid ailələrinin yaşam tərzi, öz doğma yurdlarından didərgin düşdükləri, deportasiyaya məruz qaldıqları gündən qarşılaşdıqları çətinliklər, yenidən yaşayış şəraiti qurmaq üçün üzləşdikləri problemlər öz əksini tapıb.

Tədbirdə çıxış edənlər bu səpkidə olan layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar. "Xankəndi" məcburi köçkünlərə dəstək Içrimai Birliyinin sədri Xarirə Vəliyeva bildirib ki, videoçarxın çəkilməsində əsas məqsəd gəncliyimizə milli vətənpərvərlik hisslərinin aşılanması, unudulmaq üzrə olan Xankəndi həqiqətlərinin daha geniş formada təbliğidir. Bu məqsədlə videoçarx ölkəmizin bir sıra ali təhsil ocaqlarında da nümayiş olunacaq.

Qeyd edək ki, filmin məsləhətçisi millət vəkili Flora Qasımova, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, filmin direktoru Büllur Cavadqızı, redaktoru Xatirə Vəliyevadır.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!