Modern.az

“Qaranlıqda avtomobil qurbanı olmamaq üçün bu geyimlərdən geyinin”

“Qaranlıqda avtomobil qurbanı olmamaq üçün bu geyimlərdən geyinin”

Aktual

27 Oktyabr 2016, 10:37

Havaların yağıntılı keçməsi, xüsusilə günün qaranlıq saatlarında sürücülər üçün əlavə çətinlik yaradır. Çünki şəhərin mərkəzindən fərqli olaraq digər ərazilərdəki küçə və prospektlərin işıqlandırılması yox səviyyəsindədir. Belə məqamda isə sürücülər yolu keçən piyadaları görməkdə çətinlik çəkir. Nəticədə insan həyatı məhv olur.

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, küçə və prospektlərin işıqlandırılması normal təmin olunmalıdır:

 

“Bütövlükdə bu kimi göstəricilərin yerində olması hadisələrin sayının aşağı düşməsinə təsir göstərir. Amma mən hesab edirəm ki, ərazidə işıqlandırma sistemi olmasa da, sürücü peşəkarlığı avtomobilin düzgün idarə edilməsi, günün qaranlıq vaxtında uzaq və yaxın işıqlardan düzgün istifadə konkret olaraq yol qəza hadisələrinin sayının aşağı düşməsinə təsir göstərir.

Küçələr işıqlandırılmalıdır, amma işıqlandırma yoxdursa, bu o demək deyil ki, mütləq hadisə olmalıdır”.

 

Qaranlıq küçədə, avtomobilin işıqlarından düzgün istifadə edən peşəkar sürücü belə, yolu keçmək istəyən piyadaları görməkdə çətinlik çəkir. Məhz bu, nəqliyyat hadisələrinin artmasına səbəb olan amildir. V.Əsədov deyib ki, bunun üçün də çıxış yolları var:

“Biz  XXI əsrdə yaşayırıq. Ən azından aparılan təbliğat və yaradılan şəraitdən piyadalar belə istifadə etməyi bacarmalıdır. Piyada günün qaranlıq vaxtı evinə gedib-gəlirsə, xüsusi işıqqaytarıcılar, ayaqqabılar, gödəkçələrdən istifadə edə bilərlər. Xüsusilə qaranlıq vaxtı fəaliyyət göstərən kommunal xidmət işçiləri, yol polislərinin özü bu geyimlərdən istifadə edir. Bunun üçün mağzalara müraciət etmək kifayətdir.

Yəni nöqsan axtarıb tədbir görməyin tərəfdarıyam, amma onu axtarıb tapana qədər insan həyatı itir. Hesab edirəm ki, bizim tövsiyələrin yerinə yetirilməsi problemin müəyyən mənada həll edilməsidir”.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür