Modern.az

Torpaq islahatında 20 illik nailiyyət - FOTO

Torpaq islahatında 20 illik nailiyyət - FOTO

Aktual

27 Oktyabr 2016, 11:00
Bakıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Ümumrespublika elmi-praktiki konfransı keçirilir.
 
Konfransın plenar iclasını giriş sözü ilə  açan  Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Baş direktoru professor Rəsul Balayev  konfrans iştirakçılarını salamlayaraq, 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasından ötən 20 il ərzində kənd təsərrüfatında əldə edilmiş nailiyyətlər, bu sahədə görülmüş və görüləcək işlər haqqında ətraflı məlumat verib.
 
Sonra  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzəarəti Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov, AMEA-nın Torpaqşünaslıq və   Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri İsa Alıyev, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar ETİ-nun direktoru Vilayət Vəliyev, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun  direktoru Sadıq Salahov, Əkinçilik Elmi -Tədqiqat institutunun direktoru Cavanşir Təlai, Tərəvəzçilik Elmi -Tədqiqat institutunun direktoru Ələddin Eyvazov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutunun direktoru Tariyel Pənahov, Baytarlıq Elmi-Tədqiqat institutunun direktoru Tamilla Əliyeva, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əməkdaşı Əyyub Qəhramanov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Sifariz Səbzəliyev , Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun  elmi katibi Akif  Vəliyev torpaq münasibətlərinin inkişafına dair aktual mövzularda çıxış ediblər.
Konfrans öz işini bölmələrdə davam etdirir.
 
 
 
Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Son Dəqiqə! Zəngəzurda Gərginlik - Silahlar işə düşdü